Epidemiya həyəcanı – 24 saat ərzində 113 nəfər xəstəxanaya yerləşdirilib

Epidemiya həyəcanı – 24 saat ərzində 113 nəfər xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə E. coli epidemiyası başlayıb. Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, simptomları şiddətli və bəzən qanlı ishal, mədə krampları, qusma və qızdırma ilə müşayiət olunan xəstəlik bu gün 113 nəfərdə müşahidə edilib.

“Ola bilsin ki, bu epidemiya milli miqyasda paylanan qida məhsulu və ya birdən çox qida maddəsi ilə bağlıdır”, – Böyük Britaniya səlahiyyətlilərinin bəyanatında deyilir.

Epidemiyaya tutulanların yaş aralığının 2 ilə 79 yaş arasında olduğu və əksəriyyətinin gənclər olduğu açıqlanıb.