Nazirlər Kabineti “Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabineti “Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edib.
TİA.AZ xəbər verir ki, qərarı Baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyinin yeni kollegiyası təsdiqlənib.
Sənədlə nazirliyin kollegiya üzvlərinin sayı 4-dən (sədrlə birlikdə) 9-a çatdırılıb.
Kollegiyanın sədri:
Şahbazov Pərviz Oqtay oğlu
– energetika naziri
Kollegiyanın üzvləri:
Cavadov Gülməmməd Süleyman oğlu
– energetika nazirinin müavini
Abbasov Natiq Balaş oğlu
– energetika nazirinin müavini
Hüseynov İftixar Hüseyn oğlu
– Energetika Nazirliyinin Aparatının rəhbəri
Ağayev İbrahim Hümbət oğlu
Nağıyev Fazil Mirağa oğlu
– Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri
– Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri
Məsimova Xalidə Məhəmməd qızı
Hüseynov Cəfər Əlisəf oğlu
Sadıqov Hacıqulu Rəvan oğlu
– Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri
– Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi
– Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi.
Qərar bu gündən qüvvəyə minib.