İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu bəlli olub.
Tribunainfo.az xəbər verir ki, ayın oyunçusu adına “Real Madrid”in hücumçusu Vinisius Junior layiq görülüb.
Vinisius 2 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, braziliyalı bu mövsüm 18 oyunda 12 qol vurub. Futbolçu ötən həftə “Leqanes”lə matçda zədələnib. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi bildirilib.