Ən uzun və ən qısa oruclar hansı ölkələrdə olub?

Ən uzun və ən qısa oruclar hansı ölkələrdə olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahurdan iftara qədər oruc tutma müddəti dünyanın hər ölkəsində eyni deyil. Şimal qütbünə yaxın ölkələrdə yayda günlər daha uzun olduğu üçün dünyada ən uzun orucluq dövrü orada yaşanır. Tribunainfo.az ölkələr üzrə oruc tutma müddətlərini təqdim edir…

Ramazan ayının ilk günündə dünyada ən uzun orucun tutulduğu yerlərdən biri də Rusiyanın Murmansk şəhəridir . Burada sahurla iftar arasındakı vaxt 19 saat 5 dəqiqə hesablanıb.

Rusiyadan sonra ən uzun orucun tutulduğu yer İslandiyadır. İslandiyanın Reykyaviç şəhəri üçün edilən hesablamada oradakı müsəlmanların ümumi oruc tutma müddətinin 18 saat 20 dəqiqə olduğu görülüb.

İslandiya müsəlmanların ən az olduğu ölkələr sırasındadır. Müsəlmanlar İslandiyanın 330 min nəfərlik əhalisinin təxminən 0,5 faizini təşkil edir. Ölkədə yaşayan müsəlmanların əksəriyyəti qaçqınlardır. İslandiya da türklərin ən az yaşadığı ölkələrdən biridir. Xarici İşlər Nazirliyinin məlumatına görə, adada 80-ə yaxın Türkiyə vətəndaşı yaşayır.

Görünən odur ki, 11 saat 48 dəqiqə ilə Argentina və 12 saat 20 dəqiqə ilə Cənubi Afrika ən qısa oruc tutan yerlər sırasındadır.

Türkiyədə İstanbula əsaslanaraq edilən hesablamaya görə, orta oruc tutma müddətinin bir qədər yuxarı olduğu görüldü. İstanbulda aprelin 13-də 14 saat 58 dəqiqə oruc tutuldu.