Britaniya alimlərinin araşdırmalarına görə insan psixikasına ən mənfi təsir göstərən sosial şəbəkə İnstagramdır.
Britaniya alimlərinin araşdırmalarına görə insan psixikasına ən mənfi təsir göstərən sosial şəbəkə İnstagramdır.
TİA.AZ xəbər verir ki, 1500 gəncin üzərində aparılan müşahidələr belə deməyə əsas verir. Xüsusən də yaşı 14-24 olan şəxslər İnstagramdan daha çox əziyyət çəkirlər. Trendləri yaxalamağa, zənginləri yamsılamağa çalışırlar. Ən çox da izləyici toplamaq üçün təhlükəli yerlərdə şəkillər çəkdirirlər.
Tvitter və Feysbuk da alimlərə görə gənclər üçün etibarlı yer deyil. Bunların arasında yalnız Yutub psixikaya müsbət təsir göstərir.