Ən şorgöz BÜRCLƏR – Onlar hər an xəyanət edə bilərbackend

Ən şorgöz BÜRCLƏR – Onlar hər an xəyanət edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi insanlar digərlərinə nisbətən daha çox flört etməyi xoşlayırlar. Əgər söhbət kişilərdən gedirsə bu bürc nümayəndələrinə qadınbaz da deyə bilərik.

Bunu tərəddüd etmədən həyata keçirən bu şəxslərlə sevgi münasibətində olmaq həqiqətən çətindir. Heç vaxt ağıllanmayan və gördükləri hər kəslə flört etməyə çalışan şorgöz insanlar bunu böyük məharətlə edirlər.

Astrologiyada “çapkın” olması ilə məşhur olan bürclər var. Hansı ki, onlar sevgililərinə hər an xəyanət edə bilərlər…

Tribunainfo.az həmin bürcləri sizlərə təqdim edir:

Qız

Qız bürcləri hər zaman sadiq hesab olunurlar. Çünki yüksək özgüvəni olan bu bürc həyat yoldaşının onları aldatdığını biləndə dərhal ayrılır və onu bir daha görmək istəmir. Ancaq özləri sevdiyinə xəyanət edən zaman buna əhəmiyyət vermirlər. Onlar fərqli insanlarla tanış olmaq və həmişə yeni əlaqələr qurmaq istəyirlər.

Əqrəb

Əqrəb bürcü ilə ehtiraslı və sevgi dolu münasibət qura bilərsiniz. Nə qədər sevildiyinizi düşünsəniz də, əqrəbin hisslərini anlamaq asan deyil. Onlar həmişə sirli olurlar və nə etdiklərini heç vaxt bilmirsən.

Əqrəblər kimisə həqiqətən sevmədikləri zaman xəyanət edə bilərlər. Ürəyi onun üçün döyünən birini tapana qədər həyatındakı insanı aldada bilər.

Dolça

Dolça bürclərinin ümumiyyətlə sadiq olduğu düşünülsə də, reallıq bir az fərqlidir. Dolça bürcü öz azadlığını sevir. Uzunmüddətli münasibətlərin onu məhdudlaşdırdığını düşünür. Dolça bürcləri əlaqələrdən sıxılırlarsa, aldada bilərlər. Sərbəst ruhu onun ciddi əlaqələr qurmasına mane ola bilər.

Şir

Şirlər evləndikdən sonra çox sadiq həyat yoldaşları olurlar. Bununla belə, o, subay ikən sevgi macəraları keçirməyi sevir. Şir bürcü diqqəti sevir. Getdiyi yerdə bütün diqqəti özünə cəlb etməyi xoşlayır. Şirlər partnyorları tərəfindən maraqsızlıq hiss etdikdə dərhal başqa sevgiləri tapmaq üçün hərəkətə keçə bilərlər.

Balıq

Duyğusal və həssas balıqların münasibətlərdə çox diqqətli olması gözlənilir. Bununla belə, balıqlar hər an partnyorlarını emosional olaraq aldada bilərlər. Balıqlar öz fantaziya dünyasında yaşayırlar. Onların planlarını, düşüncələrini bilmək mümkün deyil. Onlar romantikanı çox sevirlər və münasibətlərində emosional çatışmazlıq hiss etdikdə aldada bilərlər.