“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında daha bir yoldaşlıq matçı keçiriləcək.
QOL.az-a açıqlamasında bu barədə İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov məlumat verib.
Matçın ən yaxın zamanda keçiriləcəyini deyən klub rəsmisi dəqiq tarixin hələ ki, müəyyənləşmədiyini bildirib:
“Qarabağ”la əməkdaşlığımız yüksək səviyyədə davam edir. Bu il daha bir yoldaşlıq oyunu keçirmək istəyirik. Oyun İstanbulda olacaq. Hər iki komanda Avropa Liqasında çıxış edir. Ona görə də oyun qrafikləri sıxdır. Amma inşallah bir oyun təşkil olunacaq.
Vaxtı demək bir az çətindir. Çünki dediyim kimi, komandaların oyun sayı çoxdur. Klub rəhbərliyi arasında danışıqlar gedir. Yəqin ki, ən qısa vaxtda matç keçirilər”.
Emin İmanov
Xatırladaq ki, “Qarabağ”la “Qalatasaray” 2023-cü il martın 26-da Bakıda qarşılaşıb. Həmin yoldaşlıq matçı Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.