Ən populyar brauzer açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NetMarketShare” xidmətinin məlumatına görə, 2017-ci ilin noyabrında “Chrome” brauzerinin payı 60%-i ötüb
 “NetMarketShare” xidmətinin məlumatına görə, 2017-ci ilin noyabrında “Chrome” brauzerinin payı 60%-i ötüb.
Cari ilin noyabrında masaüstü kompüter və noutbukların 60,6%-də internetə çıxış üçün “Chrome” brauzerindən istifadə edilib.
TİA.AZ  Milli.Az-a istinadən bildirir ki, 11,4% göstəricisinə malik “Firefox” brauzeri ikinci yeri tutub. Oktyabrda bu brauzerin bazar payı 11,7% idi. “Internet Explorer” (9,2%) ilk üçlükdə qərarlaşıb.
“Internet Explorer” brauzerinin bazar payı 2 il bundan əvvəl sürətlə azalmağa başlayıb, çünki “Microsoft” korporasiyası sözügedən brauzerin 11-ci versiyası istisna olmaqla digər versiyaların dəstəyini dayandırıb. Həmin vaxtdan etibarən “Internet Explorer 10” və köhnə versiyalar üçün təhlükəsizlik və texniki dəstək yenilənməsi nəzərdə tutulmayıb.