Ən gənc nazir kollektivə təqdim olundu

Ən gənc nazir kollektivə təqdim olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yeni təyin olunmuş Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüş keçirilib.
TİA.AZ xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, S. Babayevi kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.
Qeyd edək ki, nazir bundan əvvəl İqtisadiyyat Nazirliyində Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. O, 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.
Xatırladaq ki, son prezident sərəncamına qədər Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində Səlim Müslümovçalışırdı.