Mütəxəssislərin sözlərinə görə, bu modellərin etibarlılığı ilə bağlı kifayət qədər problem var.
Avtomobil sahibləri arasında yapon istehsalçılarının ən etibarlı avtomobilləri istehsal etdiyinə dair ümumi fikir formalaşıb. Lakin bu, onların bütün modellərinin nasazlıqlardan sığortalanmış olduğu anlamına gəlmir.
Tribunainfo.az xəbər verir ki, GoBankingRates nəşri ən etibarsız 4 yapon avtomobilini açıqlayıb. Mütəxəssislər bildiriblər ki, bu modellər rəqiblərlə müqayisədə daha tez sıradan çıxır.
Ən etibarsız 4 yapon avtomobili:
Nissan Frontier 2025-ci il modeli
Nəşrin məlumatına görə, Nissan avtomobilləri etibarlılıq baxımından tez-tez yapon istehsalçıları arasında son sıralarda yer alır. Yeni Nissan Frontier pikap modeli də bu istisnaya aid deyil.
Consumer Reports reytinqinə əsasən, bu model etibarlılıq üzrə 100 baldan cəmi 27 bal toplayıb.
Scion IQ 2015-ci il modeli
Bu kiçik hetçbek alıcıları aşağı qiyməti ilə cəlb edə bilər. Lakin mütəxəssislər bu modeli almağı tövsiyə etmirlər.
Nəşrin qeyd etdiyi kimi, Scion IQ kifayət qədər zəif etibarlılığa malikdir və tez-tez sıradan çıxır.
Honda CR-Z 2016-cı il modeli
Bu qeyri-adi kupe unikallığı ilə diqqət çəkir. Lakin bu dizaynın arxasında qənaətbəxş olmayan etibarlılıq dayanır.
Bundan əlavə, sahiblər tez-tez səs izolyasiyasının zəifliyi və sərt asqı sistemi ilə bağlı şikayətlənirlər.
Mitsubishi Mirage 2024-cü il modeli
Bu kiçik avtomobil bir neçə il ardıcıl olaraq ABŞ-da yeni alınacaq ən ucuz modellərdən biri olub.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, aşağı qiymət ciddi etibarlılıq problemlərini gizlədir.
Ekspertlər hansı digər avtomobilləri almağı məsləhət görmür?
Bundan əvvəl təcrübəli mexanik Skotti Kilmer bəzi yeni avtomobilləri heç vaxt almayacağını bildirib. Onun sözlərinə görə, bu modellər puluna dəymir.
Eyni zamanda J.D. Power 2025-ci il üçün ən etibarlı və ən etibarsız avtomobil istehsalçılarını müəyyənləşdirib. Siyahının sonuncu yerində isə məşhur bir Alman brendi qərarlaşıb.
İmran Kərimli