“GPS” naviqasiyaları vasitəsilə fəaliyyət göstərən “TomTom” şirkəti 48 ölkədən 390 şəhəri əhatə edən araşdırma aparıb.
Araşdırmada dünyada ən çox tıxacın olduğu şəhərlər yer alıb.
Nəticələrə görə, dünyada ən çox tıxac yaşayan insanlar Mexiko şəhərinin sakinləridir. Banqkok və Cakarta şəhərləri isə siyahıda ilk üçlüyü tamamlayır.
Siyahının onluğunda müvafiq olaraq Çonçinq, Buxarest, İstanbul, Rio de Janeyro, Tayvan və Pekin yer alıb.
Rusiyanın paytaxtı Moskva isə 16-cı pillədə qərarlaşıb./publika.az