Ötən ilin son ayında ən çox şikayət edilən banklar məlum olub. Bunu həm də yuvarlaq şəkildə təqdim etsək, ilin ən çox narazılıq və şikayət olunan banklarının siyahısı kimi də dəyərləndirmək olar. Tribunainfo.az-ın verdiyi məlumata görə, siyahıya Yapı Kredi Bank liderlik edir. Bank VTB, Bank of Baku və Bank BTB sıralamada 2, 3 və 4-cü yerləri bölüşdürür. Yəni ilk dördlük bu banklardan ibarətdir. Ardınca şikayətlər çox edilənlər cədvəlində Access bank, Yelobank, Unibank, Respublika Bank və digərləri yer alır.