2024-cü ilin yanvar ayında Azərbaycanda ən çox şikayət edilən bank 6,22 indeksi ilə “Bank of Baku” seçilib.
Tribunainfo.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. “Bank BTB” siyahıda ikinci (5,18 indeksi), “Yapı Kredi Azərbaycan” isə üçüncü (4,17indeksi) olub.
Xidmət səviyyəsinin aşağı olduğu banklar siyahısında “Bank VTB Azərbaycan” (2,89 indeksi), “Express Bank” (2,88 indeksi), “Bank Avrasiya” (2,72 indeksi) və “Yelo Bank” (2,54 indeksi) da var.
Bankların xidmət səviyyəsi üzrə tam göstəricilər aşağıdakı kimidir: