Astroloqların fikrincə, bürclər arasında ən çox zəngin ola bilən bürc Oğlaqdır.
Statistikalar və astrologiya analizləri göstərir ki, böyük biznes sahibləri, investorlar və uğurlu sahibkarlar arasında məhz Oğlaq bürcündən olanlar üstünlük təşkil edir.
Maraqlıdır ki, Oğlaqlar qarşılarına qoyduqları hədəfə çatana qədər dayanmırlar. Onlar qazandıqları pulu necə düzgün idarə edəcəklərini də bilirlər. Oğlaqlar çox vaxt böyük şirkətlərin rəhbərləri və ya öz biznesinin sahibi olurlar. Bu bürcün nümayəndələri tez qazanc axtarmaqdansa, uzunmüddətli investisiyalar edirlər.
Astroloji araşdırmalara əsasən, dünyanın ən varlı insanları arasında da Oğlaq bürcünə aid olanların sayı kifayət qədər çoxdur. Lakin bu, o demək deyil ki, digər şəxslər pul qazana bilmir və uğuq açarı yalnız Oğlaqlara məxsudur. İstənilən sahədə uğur qazanmaq və məqəsdə çatmaq insan əzminə və çalışqanlığına bağlıdır. (BAKU.WS)