Elm və təhsil naziri sonuncu konfransda bildirmişdi ki, səhvlərdən öyrənmək və açıq müzakirə vacibdir. Son 5 ildə nazirin xeyli səhvləri olub, bu səhvlər haqqında çox yazmışıq, hər gün də yeni-yeni səhvlər edir. Amma nə bu səhvləri etiraf etdiyini, nə bu səhvlərdən öyrəndiyini, nə də hər hansı səmərəli, nəticəvi, açıq müzakirələr apardığını görmədik.
Tribunainfo.az xəbər verir ki, bu sözləri ali təhsil üzrə ekspert, dosent İlham Əhmədov bildirib. O qeyd edib ki, nazirlik əməkdaşları təhsil mütəxəssisləri olan müzakirələ qatılmırlar:
“ETN məktəb dərsliklərini mütəxəssislərlə müzakirə etmək əvəzinə, onu deputatlarla müzakirə etmək istəyir. Deputatlarla müzakirəsi zəruri olan məsələləri isə müzakirəyə çıxarmır. Niyə? Çünki, məqsəd təhsilin vəziyyətini yaxşılaşdırmaq deyil, məqsəd iş görüntüsü yaratmaqdır, bunu isə öyrənib artıq.
Amma yenə də müzakirələrin zəruriliyindən danışıb, əksini edəcəklər.
Çünki, daim sözü ilə əməli zidd olub”.
Gülşən Rəsul