Əmlakın qeydiyyatında sürətli artım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlar sürətlə artmaqda davam edir.    

Azərbaycanda daşınmaz əmlakla bağlı əməliyyatlar sürətlə artmaqda davam edir.   

Dünyadakı iqtisadi böhran, neftin ucuzlaşması və iqtisadi aktivliyin azalması daşınmaz əmlak bazarına təsir etsə də, 2017-ci ilin ilk beş ayının nəticələri respublikanın əmlak bazarında güclü şəkildə canlanmanın olduğunu göstərir. Xüsusilə ilkin qeydiyyat, yəni əmlakların ilk dəfə sənədləşdirilməsində sürətli artımlar baş verib.Bunun əsas səbəbi, digər məsələlərlə yanaşı Əmlak Məsələləri Dövlət Komitəsinin əmlakın qeydiyyatını sadələşdirməsi, bu sahədə tətbiq olunan yenilik və kampaniyalar, müasir yanaşmalar,innovativ xidmətlərdir. Aparılan statistik göstəricilərə əsasən 2017-ci ilin may ayında ölkədə 17251 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb. Yerinə yetirilən qeydiyyatın 5111 ilkin, 12140 isə təkrar qeydiyyata aiddir. Cari ilin may ayında 14988 daşınmaz əmlaka texniki pasport tərtib edilib, 3604 ipoteka müqaviləsi, 351 yüklülük dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən13386 yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 4735 digər müxtəlif məzmunlu arayışlarverilib. 11107 daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib.May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış vəbağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub. Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarınınqeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.Ümumilikdə, bu ilin ilk 5 ayında ölkədə 77966 əmlaka aid hüquqlar dövlət qeydiyyatınaalınıb. Əmlakın qeydiyyatının 65.7%-i regionlarına payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri,qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrləəməliyyatların isə hamısı regionlarda aparılır.Komitənin həyata keçirdiyi “Kütləvi çıxarış” kampaniyaları, “Elektron çıxarış” xidməti,Mobil ofis xidmətləri vətəndaşların sənədləşdirmə prosesində minimum vaxt itkisini təmin etmək,komitənin xidmətlərindən daha operativ yararlanmasına şərait yaratmaqdır.Keçirilən kütləvi çıxarış kampaniyaları həm vətəndaşların olduqları ərazilərdə, həm işyerlərində, həm də onların fəaliyyət göstərdikləri torpaqlarında xidmət göstərir. Bu xidmətlərinnəticəsində vətəndaşlar heç bir yerə getmədən, gündəlik fəaliyyətlərindən ayrılmadan əmlaklarına dair sənədlərə sahib olurlar. Cari ilin ilk 5 ayında 12 kütləvi çıxarış kampaniyası keçirilib ki,bunların 2-si paytaxtın müxtəlif rayonlarında, digərləri isə regionlarda vətəndaşlara xidmət göstərib.Keçirilən kampaniyaların 4-ü iş yerində vətəndaşlara qeydiyyat xidmətləri göstərib.Komitə tərəfindən son olaraq tətbiq edilən innovativ xidmət olan “Elektron çıxarış” xidmətivasitəsilə vətəndaş artıq öz istəyinə uyğun olaraq çıxarışını elektron formada əldə edə bilər. Belə ki,bu yeniliyə əsasən çıxarış elektron qaydada təsdiq edilməklə e-Hökümət portalı vasitəsi ilə əmlaksahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Müvafiq dövlət qurumları, notariuslar vəbanklar bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyat aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimiistifadə edəcək. Bu xidmətin nəticəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlıproblemlər ortadan qalxacaq .Komitə tərəfindən həyata keçirilən bütün bu xidmətlərdə başlıca məqsəd vətəndaşlarınrahatlığını təmin etmək, xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısını almaq, operativ vəsəmərəli xidmət göstərməkdir.