Əmlak Xidməti icra tələbini yerinə yetirməyib?

Əmlak Xidməti icra tələbini yerinə yetirməyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, qurum İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ittiham edilir.
528.1-ci maddə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi ilə bağlıdır.
Bu maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 1200 manatdan 25000 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
İşə Nizami Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Nigar Qədirlinin sədrliyi ilə keçiriləcək.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir. O, 2021-ci ildən quruma rəhbərlik edir.