Əmircanda şagirdlər kütləvi şəkildə “sarılıq” virusuna yoluxub? — VİDEO

Əmircanda şagirdlər kütləvi şəkildə “sarılıq” virusuna yoluxub? — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Suraxanı rayonu Əmircan qəsəbəsində uşaqların kütləvi şəkildə “sarılıq” kimi tanınan Hepatit A virusuna yolxuması ilə bağlı məlumata 84 saylı tam orta məktəbin direktoru Röya İslamova da münasibət bildirib.

Tribunainfo.az xəbər verir ki, direktor İTV-yə yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib ki, bu günə kimi rəhbərlik etdiyi məktəbin şagirdlərindən yalnız 4-ü Hepatit A virusuna yoluxub:

“Şagirdlər arasında ilk yoluxma ötən ilin dekabrın 19-da qeydə alınıb. Yoluxma məktəbdə kənarda baş vermişdi. ŞHəmin fakt aşkarlanan qədər şagird məktəbə gəlmirdi və özünü halsız hiss edirdi. Növbəti gün məktəbin su ehtiyatından laborator müayinələr götürüldü. Hazırda virusa yoluxan 4 şagirdimiz var”.