Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Tribunainfo.az xəbər verir ki, Emin Mahmudov zədələndiyi üçün millinin düşərgəsini tərk edib.
Onun əvəzinə “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb.
Qeyd edək ki, komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya yığması, noyabrın 19-da isə Solnada İsveç seçməsi ilə qarşılaşacaq.