Əməliyyatla dünyaya ələn uşaqların sağlamlığında problemlər olur – Həkimbackend

Əməliyyatla dünyaya ələn uşaqların sağlamlığında problemlər olur – Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların sayı durmadan artır. Analar bilməlidir ki, bu əməliyyatla dünyaya gələn uşaqların sağlamlığında problemlər olur.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə pediatr Vaqif Qarayev çıxış edib. Həkim bildirib ki, son vaxtlar qeysəriyyə əməliyyatına üstünlük verənlər daha da artıb:

“Əməliyyatla dünyaya gələn uşaqların sayı durmadan artır. Bu heç yaxşı hal deyil. Bu uşaqların sağlamlığında problemlər olur. Bu birmənalı olaraq belədir! Xüsusən, 37 həftədən tez götürülən uşaqlar problemli olur. Bunu analar da yaxşı bilir. Amma heç kəs bunu nəzərə almır. Bunun qarşısını almaq olarmı? Bilmirəm”.

Nigar