backend

Əməliyyat zamanı xəstənin gözündən çıxanlar həkimləri ŞOK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə katarakta əməliyyatı üçün xəstəxanaya gedən 67 yaşlı qadın həkimləri şoka salıb. 

İngiltərədə katarakta əməliyyatı üçün xəstəxanaya gedən 67 yaşlı qadın həkimləri şoka salıb.


TİA.AZ xəbər verir ki, həkimlər əvvəlcə qadının gözündən mavi rəngli yad cisim çıxarıb. Sonra bu “yad cismin” bir-birinə yapışan 17 linza olduğunun fərqinə varıblar.

Həkimlər qadının gözlərini təkrar müayinə edib və daha 10 linza çıxarıb.

Xəstənin özü də gözündən çıxarılan linzaları gördükdə təəccüblənib. Xəstə 35 ildir kontakt linzalardan istifadə etdiyini bildirib.

Qadını müalicə edən həkim verdiyi açıqlamada daha öncə belə bir hadisə ilə qarşılaşmadığını deyib. Üstəlik, bu qədər böyük bir cismi gözündə gəzdirən qadının bunun fərqinə varmamasından şoka düşdüyünü bildirib.