Əməliyyat zamanı TikTokda canlı yayım açan cərraha xəbərdarlıq edildi-VİDEO

Əməliyyat zamanı TikTokda canlı yayım açan cərraha xəbərdarlıq edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməliyyat zamanı TikTokda canlı yayım açan cərraha xəbərdarlıq edilib.

Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb.

“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”, – açıqlamada bildirilib .

Qeyd edək ki, “National Prime Hospital”ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı TikTokda canlı yayım açıb.