Azərbaycanın Əməkdar məşqçisi və SSRİ idman ustası Qurbanxan Məhərrəmov vəfat edib.
Tribunainfo.az -ın məlumatına görə, o, 60 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, Q.Məhərrəmov 1964-cü ildə Biləsuvar rayonunda anadan olub. Onun boks idmanın inkişafında xidmətləri olub. Ali təhsilini Azərbaycan Dövlət İdman Akademiyasında alıb. Dəfələrlə ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda birincilik əldə edib. Tələbələri boks üzrə Dünya və Avropa çempionu olub.
Q.Məhərrəmov həmçinin uzun illər Biləsuvar Uşaq-Gənclər İdman Şahmat Məktəbinə rəhbərlik edib.
Allah rəhmət eləsin!