Əməkdar məşqçi icra hakimiyyətini məhkəməyə verdibackend

Əməkdar məşqçi icra hakimiyyətini məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Boks üzrə Azərbaycanın əməkdar məşqçisi Məmmədcəfər Əliyev Naxçıvan Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, onun iddiasına Naxçıvan Muxtar Respublikasının (MR) İnzibati Məhkəməsində baxılacaq.
Tural Əliyev iş üzrə hakim təyin edilib.

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Məmmədcəfər Əliyev Naxçıvan şəhər Uşaq Gənclər İdman Məktəbində boks üzrə məşqçi-müəllim vəzifəsində işləyir. O, 2008-ci ildə Əməkdar məşqçi fəxri adına layiq görülüb.