Əməkdar hüquqşünas və Dövlət Gömrük Komitəsinin məhkəmə çəkişməsibackend

Əməkdar hüquqşünas və Dövlət Gömrük Komitəsinin məhkəmə çəkişməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, Komitə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti Ələsgərli Fikrət Vahid oğlu edib.

Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr olan iş hakim Günel Abbasovanın icraatındadır. Şifahi məhkəmə baxışı noyabrın 5-də keçiriləcək.

Qeyd: F.Ələsgərli Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamla “Əməkdar hüquqşünas” adına layiq görülüb.