Əməkdar artist Sənubər İsgəndərlinin gözündə problem yaranıb.
Musavat.com-a bu barədə açıqlama verən aktrisa səbəbini bilmədiyini deyib: “Bir gözüm səbəbsiz böyüyür. Neçə həkimə getmişəm, çarəsini tapmırlar. Gözümə görə seriallara da çəkilə bilmirəm. MRT-yə getdim, heç nə çıxmadı. Ağrı yoxdur. Müalicə alıram. Getdikcə düzəlir. Tezliklə, əvvəlki vəziyyətinə qayıdacağına inanıram. Bəziləri elə bilir ki, əməliyyatın qurbanı olmuşam. Elə deyil. Elə olsaydı, həkimin adını açıqlayıb. İnsanalrı məlumatlandırardım”.