O, jurnalistlərdən gileylənərək düzgün başlıq seçməyə səsləyib
ARB TV-nin “Səhər-Səhər” verilişinin qonağı olan Əməkdar artist Zöhrə Abdullayeva maraqlı açıqlamalar verib.
O, jurnalistlərdən gileylənərək düzgün başlıq seçməyə səsləyib:
“Məni bir qız çəkmişdi. Məni mənfi tərəfdən təbliğ etmişdi. Gözəl şəkil alınmışdı, özüm özümə vurulmuşdum. Saytlardan xahiş edirəm ki, başlığı aqressiv yazmayın. 5-10 manata görə belə etməyin. Axı bizim millət emosional millətdir. Xırda bir şeylə məni gözdən salırlar”.