Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərin sayını niyə gizlədir? – Ekspertbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlərin sayını niyə gizlədir? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 6 ildə nə ədər adamın içlə tımin edildiyini açılqayır, ancaq nə qədər adamın işsiz qaldığını, işdən çıxarıldığını, işini itirdiyini açıqlamır.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hənçinin açılan yeni iş yerlərinin hansı istiqamət üzrə olduğunu da açılqmırlar:

“Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev açıqlama verib ki, son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub.

Son 6 ildə nə qədər adam işsiz qalıb, işdən çıxıb, işini itirib – bunu demirlər. Açıqlamanın özü də suallar yaradır: işlə təmin etmək deyəndə nəyi nəzərdə tuturlar, təsnifatı nədir, hansı sahələr üzrə iş yerləri yaranıb?!
Amma başqa məsələ də var – müəllim son 6 ili deyir, xub, gəlin rəsmi rəqəmlərə baxaq, muzdla, əmək müqaviləsi ilə çalışanların sayına nəzər yetirək: 2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 551,7 min nəfər olub. Bu ilin, 2024-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 741,8 min nəfər olub. Yəni, son 6 ildə əmək müqaviləsi ilə, rəsmən çalışanların sayı 190 min nəfər artıb.
Yaxşı, bu 545 min şəxs kimdir, harda işlə təmin ediliblər?! Anar müəllim, bəlkə detallı açıqlama verməyi öyrənəsiniz?!”.

Nigar