Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cərimələnir – MƏHKƏMƏbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cərimələnir – MƏHKƏMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, nazirlik İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən,
hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

ƏƏSMN ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Mirsadiq Seyidovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar