backend

Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.  

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”.

***

Azərbaycanda əmək pensiyasının miqdarının təyin edilməsi sistemi dəyişdiriləcək.

Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, hazırda müvafiq qanun layihəsi parlamentdədir və yaxın vaxtlarda profil komitələrdə müzakirəsi başlayacaq.

S.Müslümov bildirib ki, dəyişikliklər arasında əmək pensiyalarının baza hissəsi anlayışının ləğvi də var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli sərəncamı ilə bütün növ əmək pensiyalarının sığorta hissəsi artırılıb. (trend)