Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb.
Tribunainfo.az yeniavaz.com-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayaq” mükafatının təqdim olunma mərasimində çıxışı zamanı deyib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək müqavilələrinin sayının 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artaraq 2024-cü ilin dekabr ayının 1-nə 1 milyon 884 min 109 vahidə çatdığını açıqlayıb.
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumat ilə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin açıqladığı məlumat arasında ciddi fərq var.
Vergi Xidmətinin açıqladığı məlumatdan belə görünür ki, son 6 ildə əmək müqavilələrinin sayı 25,6% artıb.