Əmək Müfəttişliyi protokol yazdı, iş adamı məhkəməyə üz tutdubackend

Əmək Müfəttişliyi protokol yazdı, iş adamı məhkəməyə üz tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Delta Qrup c.o.” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, protokol şirkətin rəhbəri Şabanov İlkin İmran oğluna İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
Protokoldan narazı qalan iş adamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi barəsində məhkəməyə şikayət edib.
İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır.
Protokol təsdiq edilərsə, İlkin Şabanov İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 20000-25000 manatadək məbləğdə cərimə ediləcək.