Əmanətlərin Sığortalanması Fondunun Apelyasiya Şurası yaradılıb

Əmanətlərin Sığortalanması Fondunun Apelyasiya Şurası yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin “Dövlətə məxsus olan hüquqi şəxslərdə Apelyasiya Şuralarının yaradılması haqqında” 6 may 2019-cu il tarixli fərmanına uyğun olaraq, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı şikayətlərin baxılması sahəsində şəffaflığın, operativliyin və obyektivliyin təmin edilməsi, bu sahədə onların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda (ADIF) Apelyasiya Şurası yaradılıb.

TİA.AZ  xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Apellasiya Şurasına şikayətlər qurumun inzibati binasının yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında və yaxud [email protected] elektron poçt ünvanında qəbul olunur (telefon: (012) 596 65 91/92/93, daxili: 44 44, 30 17).