Azərbaycanda banklardan əmanətlərin geri çəkilməsi prosesi şiddətli şəkil alıb. Tribunainfo.az xəbər verir ki, son bir neçə ayda “Bank Respublika”dan geri çəkilən depozitlərin həcmi 101 milyon manat olub.
“Rabitəbank”da isə bu itkilərin həcmi 77 milyon manat təşkil edib.
Lakin proses başqa bankalara da sirayət edib. Tribunainfo.az bildirir ki, son 9 ayda “Azər-Türk Bank”dan (ATB) çıxarılan depozitlərin həcmi 7 milyondan çox olub. “Azərsun Holdinq”in maliyyəsi ilə yaradılmış və bu şirkətə bağlı “ASB” bankdan isə çıxarılan depozitlərin məbləği 14 milyon manatı keçib.
Əhalinin öz pullarını banklardan geri çəkməsi ilə bağlı yaxın günlərdə geniş araşdırmamızı təqdim edəcəyik.