backend

Elzanın himni səhv oxumasına deputat etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist, müğənni Elza Seyidcahanın pianoda Azərbaycanın Dövlət Himnini düzgün ifa etməməsi tənqid hədəfinə tuş gəlib. Sosial şəbəkələrdə yazılan statuslarda Elza Seydcahanın himnimizə sayğısız davrandığı, dövlət atributuna laqeydlik nümayiş etdirdiyi bildirilir. 

Əməkdar artist, müğənni Elza Seyidcahanın pianoda Azərbaycanın Dövlət Himnini düzgün ifa etməməsi tənqid hədəfinə tuş gəlib. Sosial şəbəkələrdə yazılan statuslarda Elza Seydcahanın himnimizə sayğısız davrandığı, dövlət atributuna laqeydlik nümayiş etdirdiyi bildirilir.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elmira Axundova Elza Seyidcahanın himni yalnış ifa etməsini təəssüflə qarşılayıb.

TİA.AZ xəbər verir ki, deputat AzVision.az-a açıqlamasında bildirib ki, himn dövlətin atributlarındandır və kiçikdən böyüyə qədər hər kəs onu əzbər bilməlidir: “Elza xanım istedadlı bəstəkardır, belə səhv etməməliydi. Əgər Elza xanım özü üçün zümzümə etsəydi, bu, başqa məsələ. Amma aydın görsənir ki, o, pianoda ifa edib, kameradan istifadə edilib və video hazırlanıb. Elza xanım bunu ictimailəşdirirdisə, gərək diqqətlə yanaşardı. Təəssüf ki, sözləri təhrif edib, unudub, ciddi səhvlər buraxıb”.

Millət vəkili vurğulayıb ki, əməkdar artistin himnin sözlərini unutması ciddi səhvdir və təəssüf doğurur. “Melodiyanın təhrif olunması nisbətən başa düşülərdi. Elza xanım bəstəkardır, gərək sözləri həm düzgün tələffüz etsin, həm də düzgün oxusun. Professional bəstəkardır, tanınmış insandır və onun dilindən belə səhvləri eşitməməliyik. Bu, bizim gənclərimiz də pis örnəkdir. Himnimizə, bayrağımıza, bütün atributlara hörmətlə, həssaslıqla yanaşmalıyıq”.

E.Axundova bəstəkardan Himni yenidən və düzgün oxumağı xahiş edib: “Elza xanımdan xahiş edərdim ki, sözləri əzbərləyib, himni yenidən oxusun”.