Elzadan aparıcılara İRAD: “Qoca arvadlar kimi…”backend

Elzadan aparıcılara İRAD: “Qoca arvadlar kimi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aparıcıların bəzilərinə fikir verirəm ki, qoca arvad, nənələr kimi danışırlar. Qoca nənələr ağızlarında dişləri olmadığı üçün “protez” taxırlar. Hərdən əsəbləşəndə o protez çıxır. Onların tələffüzü də fərqli olur. Aparıcılarımızın bəziləri də elədir”.

Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Xəbər ətər” verilişinə açıqlamasında deyib.

 

Seyidcahan xanəndələrə də söz atıb:

“Bəzi xanəndələrimiz sözləri düzgün tələffüz etmirlər. Hələlik ifalarını kənara qoysunlar və gedib düzgün danışığı, diksiyanı öyrənsinlər. İncəsənət Universitetində yəqin ki, diksiya ilə məşğul olan müəllimlər var”.