Əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan türk popstarı Tarkanın videosuna yazdığı rəylə gündəmə gəlib.
Əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan türk popstarı Tarkanın videosuna yazdığı rəylə gündəmə gəlib.
Belə ki, Elza Seyidcahan türkiyəli sənətçinin videosuna onun dişi ilə bağlı yazdığı xoş sözlərə və tərifə görə sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
Bu barədə Cebhe.info-ya danışan Elza Seyidcahan yayımlanan bu şəkilin və sənətçinin videosuna yazılan rəyin montaj olmadığını, özünə məxsus olduğunu bildirib:
“Bəli, bu rəyi mən özüm yazmışam. Hətta istədim yazam ki, Tarkan bəy, bu, sizin öz dişlərinizdir? Sadəcə olaraq utandım, dedim birdən öz dişləri olmaz, əkmə dişlər olar. Mən dişə qarşı həssasam. Öz dişlərimə də yaxşı qulluq edirəm. Hətta tanınmış diş həkimləri də efirdə məni görəndə elə bilirmişlər ki, dişlərim qoymadır, öz dişlərim deyil. Sonradan onlar gördülər ki, dişlər mənim özümündür, yaxşı qulluq edirəm, ona görə də sağlam qalıblar. Hətta mənim qabaq iki dişim çox uzun idi. Mənə dovşandiş də deyirdilər. Ona görə də mən dişlərimi yondurdum. Doğrusu, sonradan peşman oldum, çünki hər kəs dişlərini uzun əkdirir indi. Siz özünüz də Tarkanın o videosuna baxsanız görərsiniz ki, sözləri tələffüzü, gülüşü, dişləri çox gözəldir. Sadəcə olaraq Elza nə deyirsə, insanlar bir az onu qəribə qarşılayırlar”.