“ELZA SEYİDCAHANIN YAZDIQLARI AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİKDİ”

“ELZA SEYİDCAHANIN YAZDIQLARI AZƏRBAYCAN DİLİNƏ HÖRMƏTSİZLİKDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2-3 il əvvəl Elgiz Əkbərin hansısa verilişində Elza xanımla qonaq idik, mövzu da şeir. Aparıcı fikirlərimi soruşdu, dedim ki, Elza xanımın yazdıqları təkcə poeziyaya yox, həm də Azərbaycan dilinə hörmətsizlikdir.
Elza xanım isə dedi ki, “zamanında başqa şairlər də Müşfiqi belə sıxışdırıblar: vaxt gələcək siz olmayacaqsınız, amma mənim adım tarixdə şair kimi qalacaq”.

Tribunainfo.az yazır ki, bu barədə şair Aqşin Evrən yazıb. Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olması barədə danışan şair bildirib ki, Elzanın AYB-yə üzvlüyü müzakirə olunmamalıdır:

“Açığı, “Bu gecə”, “Son vida”, “Mən aktyoram” kimi şedevrlər yaradan bir bəstəkar müğənninin tarixdə şair kimi qalmaq arzusu o vaxt da, indi də mənə xeyli qəribə görünür. Müzakirə olunası məsələ Elzanın AYB-yə üzvlüyü yox, bu prosesin onun adı çəkilən əsərlərini pərdələməsidir. Bu, təkcə Elzanın yox, həm də toplum olaraq bizim faciəmizdir”.