Mən sevinirəm ki, bu gün balalarım da mənim yanımdadır. Oğlum, qızım, nəvələrim, gəlinim mənimlə bərabərdir. Əzizlərimlə birgə gəlib özüm özümə səs verdim. Bu hal bəlkə də birinci dəfədir ki, kimsə özünə səs verir. Balalarım da mənə səs verdilər”.
Bu sözləri açıqlamasında 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd Əməkdar artist Elza Seyidcahan deyib.
“Mən balalarıma demişdim ki, sizə sərbəst seçim verirəm, kimə istəyirsinizsə ona da səs verə bilərsiniz. Onlar dedilər ki, biz səni bir millət vəkili kimi də görməyi çox istəyirik” – deyə E.Seyidcahan bildirib.