Elxan Şahinoğlu :”MAKRON BUNU AŞMAQ ÜZRƏDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransada Emmanuel Makron fenomeni parlament seçkisində də özünü doğrultdu”.  

“Fransada Emmanuel Makron fenomeni parlament seçkisində də özünü doğrultdu”. 

TİA.AZ xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Fransa Respublikası tarixində ənənəvi partiyalardan deyil, özünün formalaşdırdığı hərəkatdan namizəd irəli sürülərək prezident seçilən Emmanuel Makron indi də parlament seçkilərinin birinci turunda qələbə qazanıb:

 “Fransa kimi ölkədə prezident seçilmək işin yarısıdır, o birisi yarısı parlamentdə çoxluğa malik olmaqdır ki, dövlət başçısı istədiyi islahatları həyata keçirə bilsin.

Makronun lideri olduğu “Respublika İrəli” hərəkatı səslərin 32 faizini qazanaraq ənənəvi partiyaları xeyli geridə qoyub. Parlament çoxluğuna nail olmaq üçün 289 deputat yerinə ehtiyac var. Makron bunu aşmaq üzrədir. Demək, istədiyi hökuməti formalaşdırıb istədiyi islahatları həyata keçirə biləcək. Ancaq Fransa cəmiyyəti bir az Ukrayna cəmiyyətinə oxşayır. Hansısa lideri göylərə qaldırıb, bir müddət sonra yerə çırpırlar. Ona görə də Makron daima reytiniqi haqqında düşünməli, cəmiyyətin gözləntilərini doğrutlmalıdır. Əks halda keçmiş prezident Fransua Ollandın taleyini təkrarlaya bilər”.


İlahə