Buradan Ağdam icra hakimiyyətinin başçısına və əməkdaşlarına müraciət edirəm! Seçkiyə qatılmaq qərarı verdiyim və Ağdama gəldiyim ilk gündən Sizin “diqqətinizi” hiss etdim. Diqqət o qədər “böyük” idi ki, növbəti dəfə Quzanlıya gəldiyimdə birinci dəfə qaldığımız Olimpiya Mərkəzində boş yer tapa bilmədik. Qohum və tanışlarıma əziyyət verməmək üçün qayıdıb Bərdədə qaldıq. İndi də eşidirəm ki, mənə dəstək verən ağdamlılar barədə müxtəlif şayiələr yayırlar. Qanunlara hörmət edin, qanunsuzluq edən məmurların Kürdəxanıdakı talelərindən dərs çıxarın!
Tribunainfo.az xəbər verir ki, bu sözləri deputatlığa namizədliyi qeydə alınmayan Elxan Şahinoğlu yazıb. O bildirib ki, icra başçısının və gələcək deputatın fəaliyyəti bundan sonra onun diqqətinsə olacaq:
“Mən Ağdama hələ çox gələcəm, Sizin və gələcək deputatın fəaliyyətini diqqətlə izləyəcəm”.