Elxan Əzizovun rəhbərlik etdiyi qurumun 118 minlik tenderi ləğv olundu

Elxan Əzizovun rəhbərlik etdiyi qurumun 118 minlik tenderi ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-nin SAP lisenziyası üçün texniki dəstək xidməti ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin ümumi dəyəri 118 000 AZN olub.

Qeyd: Nizamnamə kapitalı 5 374 432 manat olan “Azerbaijan İnternational Telecom”un İdarə Heyətinin sədri Elxan Faiq oğlu Əzizovdur.

Pravda.az