Elşad Qarayevlə Ağadadaş Ağayev arasında nə baş verib: Xalq artisti qadağa qoyub?backend

Elşad Qarayevlə Ağadadaş Ağayev arasında nə baş verib: Xalq artisti qadağa qoyub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ağadadaş Ağayev mənə qadağa qoymayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Elşad Qarayev Xalq artisti Ağadadaş Ağayevin onu tənqid etməsindən danışarkən deyib. Rəvan Qarayev iradları eşitdikdən sonra Ağadadaş Ağayevə zəng edib:
“Ona zəng etdim, düz bir saat danışdım. Demədi ki, mənim mahnımı oxuma. Mahnının nəqarət yeri var, deyir ki, onu mənim kimi oxusunlar. Buna görə mənə irad tutdu və dedi ki, həmin yeri onun oxuduğu kimi oxuyum. Uzun çəkişmədən sonra barışdıq. Ağadadaş bizim dostumuz və qardaşımızdır, Ağadır da, cəddi köməyimiz olsun”.
Sənətçi Ağadadaş Ağayevin bəzi iradlarının haqlı olduğunu vurğulayıb:

“Ağa deyir ki, mahnını dəyişmək olmaz, necə varsa, elə də oxumaq lazımdır. Daha neyləyim, məcbur olub onunla razılaşdım. Dedim Ağa mənim gözüm üstə, sən necə deyirsənsə, elə də oxuyacam. Özün də gəl studiyaya gör necə oxuyuram. Hətta lazım olsa, bir yerdə oxuyaq. Ağa deyir ki, “mənim Elşad Qarayevə ərkim çatır, ona görə demişəm. Amma o birilərinə deyə bilmərəm, lazım gəlsə, onları tənqid də edərəm”.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevlə müğənni Elşad Qarayev arasında qalmaqal yaranıb. Buna səbəb “Necə deyim” mahnısıdır. Belə ki, sənətçi onun bu mahnısını ifa edən Elşad Qarayevi tənqid edib:
“Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki… Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev “Necə deyim” mahnımı oxuyub. Mahnını necə dəyişibsə… Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu. O birilər də eşitsin. Onun reaksiyası mənim üçün önəmli deyil. Mahnı övlad kimidir. Mahnıların sözünü təhrif edirlər”.