Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olundu

Elnur Kələntərli Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.

TİA.AZ “Report”a istinadən məlumat verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.

İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.

Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.