Elnarə Abdullayeva gəlinindən danışdı: “Onu verən Allaha qurban olum”-VİDEObackend

Elnarə Abdullayeva gəlinindən danışdı: “Onu verən Allaha qurban olum”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elnarə Abdullayeva gəlini haqda danışıb.

Tribunainfo.az xəbər verir ki, “ARB” televiziyasında yayımlanan “Söhbət var” verilişinin qonağı olan Azərbaycan Respublikasının Əməkdar artisti, müğənni ElnarəAbdullayeva gəlinindən danışıb.

“Mən qayda-qanun sevənəm. İdarəçiliyi də sevirəm, amma elə şeylər var ki, orada yalançı müdaxilə edib özünü pis etməməlisən. Şəxsən mənə hər kəs yol göstərə bilər, amma əmr edə bilməz, mən də bir başqasına yalnız yol göstərə bilərəm. Yaxşı insan odur ki, ona yol göstərən adama bel bağlayır və ona inanaraq onun dediyini edir. Mən nə övladlarıma nə də bir başqasına əmr edib, bunu etmə, onu etmə demərəm. Nə də gəlinimdən hesab almaram. Rola girməyi də sevmirəm, necə varamsa, elə olmağı xoşlayıram”, – deyə müğənni bildirib.

Aktyor Fərda Aminin “Siz istəyirsiniz ki, gəlininiz sizə oxşasın” sözünə Elnarə Abdullayeva belə cavab verib:

“Onu verən Allaha qurban olum, oxşasın mənə. Gəlinim bu dəqiqə mənə qulaq asır, inanıram ki, o, mənim kimi olacaq”.

Həmin görüntüləri təqdim edirik: