Plagiat hər zaman maraq dairəsində olub, xüsusən söz ustaları plagiat haqqında maraqlı fikirlər söyləyib, əməli addımlar atıblar.
Plagiat hər zaman maraq dairəsində olub, xüsusən söz ustaları plagiat haqqında maraqlı fikirlər söyləyib, əməli addımlar atıblar.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda plagiat və onun qarşısının alınması yolları öz əksini tapıb. Bu sənəddə nəzərdə tutulan tədbirlər sırasında təhsil sahəsində plagiatın qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.
Plagiatın qarşısının alınması hazırda diqqət mərkəzində saxlanılması vacib olan məsələlərəndir. Plagiata istər tələbələrin kurs işlərində, istərsə də elmi monoqrafiya, məqalə və dərsliklərdə rast gəlmək olar. Xüsusilə dissertasiya şuralarında plagiatla mübarizəyə ciddi fikir verilməlidir. Plagitın ən geniş yayılmış forması köçürmə və tərcümədir. Lakin digər formalar da var. Elmi əsərlərdə plagiatın qarşısının alınması olduqca vacibdir.
Rusiyada bu iş SSRİ vaxtından var. İndi də internetdə yüzlərlə referat yazan rus saytları mövcuddur.
Azərbaycanda isə metrolarda dissertasiya işi təklif edən bukletlərinə tez-tez rast gəlmək olur.
Təhsil eksperti Kamran Əsədov TİA.AZ–a bildirdi ki, elmimizdə plagiat dissertasiya işlərinə rast gəlmək mümkündür: “Əslində bu məsələyə yanaşma tərzi müxtəlifdir. İlk növbədə dəqiq və texniki sahələrə, fəlsəfə, psixologiya sahələrinə aid xarici ölkələrdə, daha çox keçmiş sovet ölkələrində işlənmiş elmi -tədqiqat işləri bizim də ölkəmizdə hazır şəkildə kimlərinsə adları altında yenidən müdafiə olunur, nəşr olunur. Yəni bu tamamilə plagiatdır. Onlar xaricdə nəşr olunmuş hansısa elmi -tədqiqat işini tərcümə etdirib, öz adlarına çıxarırlar. Amma mövzu haqqında heç bir əlavə araşdırma aparmırlar, əziyyət çəkmirlər. Bir də mövzu ilə əlaqədar hansısa ədəbiyyatlardan, arxivlərdən məlumatları olduğu kimi vermək və buna şərh vermək məsələsi də var. Bu da müəyyən qədər plagiat olsa da, birinci ilə müqayisədə, normal haldır”.
Plagiatı icra orqanlarının rəhbərləri, şöbə müdirləri və digər rəhbər şəxslər edirlər
Plagiat elmi- tədqiqat işlərinin son zamanlar daha da kütləviləşdiyini qeyd edən ekspert bunu daha çox icra orqanlarının rəhbərləri, şöbə müdirləri və digər rəhbər şəxslər etdiyini vurğulayır: “ Onların böyük əksəriyyəti elmi müdafiə edib, sadəcə olaraq titul, şöhrət xətrinə elmi ad alırlar. Əslində isə onların elmi -tədqiqat işlərini özləri yox, kimlərsə yazır. Hətta bu gün ölkəmizdə bunu xidmət olaraq göstərən bəzi tədris mərkəzləri də var. Əlbəttə, onlar öz beyinlərinin məhsulunu satırlar, amma alıcının bir vicdanıda olmaldır. Bizdə hələ də sovet dövründən qalma müdafiə şərtləri qaldıqca, bu problemi həll etmək mümkün deyil. Təsəvvür edin ki, bütün universitet və institutlarda heç bir elmi rolu, əhəmiyyəti olmayan kurs işləri, sərbəst işlər, diplom işlərinin yazılması tələb olunur. Xoş olmayan hal odur ki, bu elmi işlərlə bağlı müəyyən həcm kriteriyaları qoyulub. Bir çox tələbələr bu kurs işi, sərbəst işləri yaza bilmədiyi və ya yazmadığı üçün özündən böyük kurslara, ya da bu xidmətləri təklif edən tədris mərkəzlərinə müraciət edirlər”.
Təhsil Nazirliyi elmə nəzarət edə bilmir
“Təəsüflər olsun ki, Təhsil Nazirliyi elmə nəzarət edə bilmir. Doğrudur, bu daha çox Elmlər Akademiyasının səlahiyyətindədir. Amma hesab edirəm ki, bu sahədə Təhsil Nazirliyi fəal rol oynamalıdır. Elmi idarəçilikdən tutmuş, təhsil idarəçiliyinə qədər daha çox elmi yeniliklərdən xəbəri olmayanlar, dünya təcrübəsini bilməyənlər bu sahələrə rəhbərlik edir. Onların da fəaliyyətsizliyi bu sahələrin inkişafına ciddi maneə olur. Təhsil və elm əl çatan olmalıdır. Ona əsassız qayda və qərarlarla maneələr yaratmaq lazım deyil”.
İlahə