Elmi Cərrahiyyə Mərkəzinə 1,1 milyon manatlıq tibbi avadanlıqlar alınacaq

Elmi Cərrahiyyə Mərkəzinə 1,1 milyon manatlıq tibbi avadanlıqlar alınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tibbi cihazlar və alətlər alacaq.

Tribuna xəbər verir ki, Mərkəz bununla əlaqədar “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 1 milyon 183 min 585,91 manat dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 8 milyon 255 min 510 manat olan şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.

Teleqraf