Bəzi xəstələr həkim seçərkən cinsinə də diqqət yetirirlər. Araşdırma qadın həkimlərə üstünlük verənlərin haqlı olduğunu ortaya çıxarıb.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma, qadın həkimlər tərəfindən müalicə olunan xəstələrin sağ qalma ehtimalının daha yüksək olduğunu göstərdi.
Araşdırmaya görə, müalicə olunan hər 1000 xəstədən ikisinin qadın tərəfindən müalicə olunduğu təqdirdə sağ qalacağı gözlənilir. Qadın həkimlərin ölüm nisbəti 8,15 faiz, kişi həkimlərin isə 8,38 faiz təşkil edib. Los-Ancelesdəki Kaliforniya Universitetinin mütəxəssisləri bunun daha çox qadın həkimə sahib olmanın “xəstələrə fayda verəcəyini” göstərdiyini söylədi.
Qeyd etmək vacibdir ki, qadın həkimlər yüksək keyfiyyətli xidmət göstərir və buna görə də qadın həkimlərin daha çox olması xəstələrə ictimai faydalar verir.