“Elməddin onlardan min dəfə şükürlüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elməddin Cəfərovun çəkdiyi və ATV kanalında yayımlanan seriallarda olan bəzi məqamlarla bağlı əvvəllər müəyyən narahatlıqlar olmuşdu.  

Elməddin Cəfərovun çəkdiyi və ATV kanalında yayımlanan seriallarda olan bəzi məqamlarla bağlı əvvəllər müəyyən narahatlıqlar olmuşdu. 

Kanal tərəfindən də normal reaksiya verilmişdi. 

Amma indi bu tip komediya serialları ilə bağlı kəskin neqativ fikirləri bölüşmürəm.

Kult.az xəbər verir ki, bu fikirlərlə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov qeyd edib. Rejissor Şeyx Əbdül Mahmudbəyovun aktyor Elməddin Cəfərov barədə dediyi “Teatrımızı Elməddindən xilas etməliyik” sözlərinə reaksiya verən T.Dadaşov bildirib ki, təzə-təzə yaranan bu serialların üzərinə çox getmək lazım deyil:

“Əbdül Mahmudbəyov deyib ki, Elməddin kinoya, aktyorluğa yarayan adam deyil. Məncə, çox şişirdilmiş fikirdir. Təzə-təzə inkişaf etməyə başlayan serial təsərrüfatının üzərinə bu cür qamçı ilə getmək doğru deyil. Həmişə nümunə kimi göstərdiyimiz türklərdə elə şit-bayağı komediya filmlərinə rast gəlinir ki, Elməddinin serialları onların yanında min dəfə şükürlüdür. Şəxsən mənə Rəcəb İvədikdən, hətta Arif Quliyevdənsə, Elməddinin artistliyi üstün gəlir”.

T.Dadaşov vurğulayıb ki, onsuz da zamanla əsl sənət öz yerini tapacaq.

Qeyd edək ki, ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan Şeyx Əbdül Mahmudov Azərbaycan kinosunu, teatrını Elməddindən xilas etmək lazım olduğunu bildirib.