Elməddin əməliyyat olundu, avtomobilini dəyər-dəyməzinə satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Elməddin Cəfərovun səhhəti pisləşib. 
Aktyor Elməddin Cəfərovun səhhəti pisləşib.

TİA.AZ-ın axşam.az-a istinadən məlumatına görə, aktyor bu haqda “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

O bildirib ki, əməliyyat olunub:

“Dedilər, bərk stres keçirmisən. Bundan sonra da boğazımda angina, burnumda ət yaranıb. Nəfəsalmağım da kəsilmişdi. Onu kəsdirdim”.

Elməddin həmin ərəfədə atasının da əməliyyat masasına uzandığını söyləyib:

“Atam da bərk xəstələndi. Bu da məni depressiyaya saldı. Üç dəfə əməliyyat keçirdi. Bu yaxınlarda sıxıntıya düşdüm, avtomobilimi satdım. Özü də təcili olduğu üçün ucuza verdim. Maddi zərərim oldu. Problemimin olmasına normal baxıram. Allah yetirəcək, daha yaxşı maşın alacağam”.